Yayda necə qidalanmalı, nə yeməliyik? – Həkimdən açıqlama
Yay aylarında necə qidalanmalıyıq? İsti havalarda qidalanmada nələrə diqqət etməliyik?
ARANTV.AZ xəbər verir ki, bu barədə Referans Poliklinik Mərdəkan filialının endokrinoloq-diyetoloqu Vüsalə Babayeva məlumat verib.
Həkim qeyd edib ki, yay aylarında ilk növbədə, orqanizmin su və mineral balansını qorumağa diqqət yetirilməlidir.
V. Babayevanın ayda qidalanmaya dair məsləhətlərini təqdim edirik:
– Daha çox su qəbul etmək;
– Həzmi rahat olan qidalar qəbul etmək;
– Ədviyyatlardan az istifadə etmək;
– Paketlənmiş, işlənmiş hazır qidalardan uzaq durmaq;
– Şəkərli və qazlı içkilər əvəzinə, təbii mənbələrdən olan içkilər istifadə etmək;
– Çay və qəhvə qəbulu sayını azaltmaq;
– Gün ərzində qidalanma sayını azaltmaq.

