Cəmiyyət 

Qubaya qar yağıb

Mayın 3-ü gecə saatlarından başlayaraq Quba rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.

Rayonun ucqar Xınalıq kənd sakinləri bildiriblər ki, yaşayış məntəqəsində qarın hündürlüyü 8 santimetrdən çoxdur. Hazırda qar yağmaqda davam edir.

Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur aşağı düşüb.

AZƏRTAC

Daha çox xəbərlər