Sifətləri kimi siyasətləri də sürtükdür
“Ermənistan əvvəlcə “hə” deyir, sonra da bu “hə”ni dartıb uzadır və sonda dediklərindən imtina edir. Bu minvalla imkanlardan istifadə edərək bir neçə “ağa” arasında mövqe tapmağa çalışır. Sifətləri kimi siyasətləri də sürtük olan Ermənistanın bugünkü rəhbərləri Rusiya-Ukrayna müharibəsinin nəticəsini gözləyirlər. O vaxta qədər Azərbaycan ərazilərində diversiyalardan, təxribatlardan, mina basdırmaqdan əl çəkməyəcəklər. Yaranışından indiyədək Rusiyanın hesabına mövcud olan və “yağ içində böyrək” kimi yaşayan bu nanəciblər ölkəsi çətinə düşən kimi üç yüz illik ağalarına arxa çevirməkdən qətiyyən utanmırlar. Çünki arsız-abırsız ermənilərin leksikonunda utanmaq ifadəsi yoxdur.
Baş nazir Nikol Paşinyan başının tükünün sayı qədər söz verib ki, Azərbaycanın sülh şərtləri qəbul olunur və yaxın vaxtda sülh müqaviləsi bağlanacaq. Həmin “yaxın vaxtın” üç il olmasına az qalıb, amma ortada real heç bir nəticə yoxdur.
Lakin Azərbaycan “dəvənin quyruğunun yerə dəyəcəyi” zamanı gözləmir. Sülh müqaviləsi imzalanana qədər müvafiq tədbirləri görür. Artıq Laçında sərhəd-keçid məntəqəsi fəaliyyətə başlayıb. Bu tədbirlər separatçıların bölgəyə girişini, silah-sursat daşınmasını məhdudlaşdıracaq. Ermənistan isə hələ də sülhün necə olduğunu bilmir. Ermənistanın daxilində də təzyiq getdikcə artır. Bütün dünyanı sülhə hazır olduqlarına inandırmağa çalışırlar, lakin qorxurlar. Hazırda onları Qarabağ maraqlandırmır. Göründüyü kimi, ABŞ-da, Fransada, Rusiyada yerləşmiş erməni diasporları aqressivdirlər, müharibənin dayanmasını qətiyyən istəmirlər. Məhz İrəvandakı revanşistlər həmin diasporların dəstəyi ilə at oynadır, hökumətə təzyiq edirlər. Belə vəziyyətdə Ermənistan dövlətə deyil, mafiyaların at oynatdığı başıpozuq bir topluma oxşayır.
Qeyd edək ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzoyan ABŞ-da görüşüblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı bildirib ki, Azərbaycan sülh gündəliyini dəstəkləyir, Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara başlamağın və münasibətlərin normallaşdırılmasının təşəbbüskarı məhz Azərbaycan olub. Bu xüsusda da Azərbaycan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip Ermənistana təklif edilib. Ancaq cığallıq edən, beynəlxalq və dövlətlərarası normaları tanımayan Ermənistan bu prinsiplərin heç birinə əməl etmir. Onu da vurğulayaq ki, ermənilər belə cəsarətli və tədbirli deyillər, onlara Qərbdən, ordan-burdan gəlib “dərs” keçənlər var. Bütün dünya ictimaiyyəti yaxşı bilir ki, ermənilər hər zaman kiminsə aləti və köləsi olub. Həm də bunları öz istəyi ilə qəbul edib. İndi də elədir, sülh sazişinin haradasa Ermənistandan kənarda razılaşdırılmasını gözləyirlər. Bunu göz qabağındakı faktlar da təsdiqləyir.
Xatırladaq ki, iddialara görə, sülh sazişinin layihəsini bu yaxınlarda ABŞ Dövlət katibinin müavini Erika Olson baş nazir Paşinyana təqdim edib. Məlumatda bildirilir ki, sülh sazişi layihəsinin təfərrüatı haqqında məlumat yoxdur, ancaq Ermənistanın maraqlarına “cavab vermədiyi” təxmin edilir. Hələlik belə ehtimal olunur ki, Ermənistan vaxtı uzatmaqla Rusiyanın Ukrayna ilə müharibədən hansı statusla çıxacağını gözləyir. Onda növbəti dəfə kimi satacaqlarını, kimə badalaq gələcəklərini və kimə biyət edəcəklərini qətiləşdirəcəklər. Belə qənaətə gəlmək olur ki, Ermənistan sülh müqaviləsini o müharibənin “quyruğuna bağlayıb.” O da göz önündədir ki, Azərbaycan heç kimi və heç nəyi gözləmir, qəti və möhkəm addımlarla öz hədəflərinə çatır. Necə deyərlər, dəyirman bildiyini işlədər, çax-çax baş ağrıdar…

