Dünya 

Rusiya səfiri Polşa ilə diplomatik münasibətlərdən danışdı: “Hər an əşyalarımızı yığmağa məcbur ola bilərik”

Rusiya ilə Polşa arasında diplomatik münasibətlər dayandırıla bilər.

Bu barədə Rusiyanın Polşadakı səfiri Sergey Andreyev “Solovyov LIVE” verilişinin efirində bildirib.

Diplomat qeyd edib ki, rusiyalı diplomatlar “istənilən an əşyalarını yığmağa və səfirliyin qapısını  bağlamağa” məcbur ola bilərlər.

“Təbii ki, biz buna çoxdan hazırıq”, – deyə Sergey Andreyev vurğulayıb.

Mənbə: MK.ru

Daha çox xəbərlər