Region Xəbərləri 

Bərdədə “Heydər Əliyev və Mədəniyyətimiz” adlı bilik yarışmasının final mərhələsi keçirilib -VİDEO+FOTO

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə Bərdə Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayon və şəhərlərdə (Bərdə, Tərtər, Yevlax, Mingəçevir) yerləşən tam orta məktəblərin şagirdləri arasında keçirilən “Heydər Əliyev və Mədəniyyətimiz” adlı bilik yarışmasının final mərhələsi baş tutub. Bərdə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Qarabağ Regional və Mərkəzi Aran Regional Təhsil İdarələrinin iştirakı ilə keçirilən müsabiqənin məqsədi Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi, təbliği, milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə aşılanmasıdır. Yarış torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və Ulu öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Çıxış edən Bərdə Regional Mədəniyət İdarəsinin rəisi Səxavət Məmmədov Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. İdarə rəisi onu da bildirib ki, Ulu öndər Heydər Əliyev irsi və siyasəti onun layiqli davamçısı Müzəffər Ali Baş komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Final mərhələsində hər şəhər və ya rayon üzrə qalib komandalar iştirak edib. Final mərhələsinin birinci turunda Bərdə rayonunu təmsil edən “Zəfər Lideri”, Tərtər rayonunu təmsil edən “Volunteers” komandası, ikinci turda isə Mingəçevir şəhərini təmsil edən “Zəfər”, Yevlax şəhərini təmsil edən “Şuşa” komandası iştirak edib. Birinci turun qalibi olan Bərdənin “Zəfər Lideri” komandası və ikinci turun qalibi olan Mingəçevirin “Zəfər” komandası final mərhələsinin üçüncü turunda yarışıblar. Yarışmanın qalibi Bərdə rayonunu təmsil edən “Zəfər Lideri” komandası olub. Yarışda qalib olmuş komanda regional idarə tərəfindən Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırlanmış xüsusi kubok və Fəxri Fərmanla təltif olunub. Həmçinin, digər komandalara isə regional idarə tərəfindən yarışda iştirak etdiklərinə görə təşəkkürnamə təqdim edilib.

AranTV

Daha çox xəbərlər