Hava 

Yağışlı hava nə vaxta kimi davam edəcək?

Bakıda və Abşeron yarımadasında yağışlı hava müşahidə olunur.

ARANTV.AZ  xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, axşam saatlarında yağışın intensivliyi davam edəcək. Gecəyə doğru tədricən kəsiləcək.

Sabah isə gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, gündüz saatlarında qısamüddətli az yağış yağacağı ehtimal olunur.

Bölgələrdə əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şərq rayonlarında yağıntılı hava şəraiti müşahidə olunacaq.

Daha çox xəbərlər