Bakıda 22 yaşlı gənc oğlanı avtomobil vurub

Bakıda 22 yaşlı gənc oğlanı avtomobil vurub

Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Maştağa qəsəbəsində avtomobil yolu keçən 22 yaşlı Mirkazım Vuqar oğlu Ağayevi vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.