Mikayıl Cabbarovdan “Xalçaçı Günü” münasibətilə paylaşım – FOTO
İqtisadiyyat naziri Mikayıl Cabbarov “Xalçaçı Günü” münasibətilə xalçaçılarımızı təbrik edib.
Bununla bağlı nazir özünün “Facebook” səhifəsində paylaşım edib.
Paylaşımda bildirilir:
“Bu gün xalçaçılarımızın peşə bayramıdır. Azərbaycanın zəngin mədəniyyətini, tarixini və qədim ənənələrini ehtiva edən xalçaçılıq mənəvi irsimizdir. Bu möhtəşəm və dəyərli sənətin təmsilçilərini “Xalçaçı Günü” münasibətilə təbrik edir və uğurlar arzulayırıq”.

