Mahir Emreli: “Konyaspor”un yeni mövsüm planlarında yer alsam, şad olaram”
“Yeni mövsümlə bağlı mənimlə görüş olmayıb. Müqavilə ilə Zaqreb “Dinamo”suna məxsusam. Amma “Konyaspor”un yeni mövsüm planlarında yer alsam, şad olaram”.
Bunları Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının futbolçusu Mahir Emreli “Kon” TV-yə açıqlamasında deyib.
Hazırda icarə əsasında “Konyaspor”un formasını geyinən 26 yaşlı hücumçu Türkiyə klubunda qalmaq istədiyini bildirib:
“Burada hər şey mənim üçün çox gözəldir. Ölkələrimiz arasında mədəniyyət fərqi yoxdur. Bir millətik. Burada adaptasiya problemi yaşamadım. Bu səbəbdən Konyanı çox sevdim”.
Türkiyə Super Liqasının XXXIII turunda “Kayserispor”la 2:2 hesablı heç-heçə etdikləri ev oyunu barədə də fikirlərini bölüşən forvard matçın çətin keçdiyini söyləyib:
“Həftə

