Filarmoniyada Ümummili Lider Heydər Əliyevin 100 illyinə həsr olunmuş konsert təşkil ediləcək
May ayının 22-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummili Lider Heydər Əliyevin 100 illyinə həsr olunmuş konsert təşkil ediləcək.
Musiqili gecədə Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edəcək. Solist Respublika və beynəlxalq müsabiqələr laureatı Natavan Mikayılqızının (qanun) ifasında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənəcək.
İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az

