Türkmənistanda tapılan “Cəhənnəm qapısı” – İçindən görün nə çıxdı
1971-ci ildə Türkmənistanda geoloqların yol verdiyi səhv insanlara və təbiətə ağır zərbələr vurub.
ARANTV.AZ lent.az-a istinadən xəbər verir ki, insanların “Cəhənnəm qapısı”, “Tanrıya gedən yol” adı verdikləri bu kraterin rəsmi adı “Qaraqum parıltısı”dır. Krater Daşoğuz vilayətində, Erbend aulundan 90 kiıometr məsafədə yerləşir. Onun diametri 60, dərinliyi 20 metrdir.
Krater 1971-ci ildə sovet geoloqları tərəfindən “yaradılıb”. Kəşfiyyat quyuları qazan geoloqlar özləri də bilmədən qazla dolu böyük bir kraterin açılmasına səbəb olublar və o gündən sonra 52 il ərzində burdakı əbədi məşəl sönməyib.
Əslində zəhərli qazların əhaliyə və heyvanlara zərər verməməsi üçün krateri geoloqlar odlayıblar.
2013-cü ildə bu əraziyə araşdırmaya gələn kanadalı alim kraterin dibindən çıxarılmış nümunələrdə yansa da, məhv olmayan qəribə bakteriyalar tapıb. Bu bakteriyalara yer üzündə başqa heç yerdə rast gəlinməyib. İnsanlar bu bakteriyaların yeraltı dünyaya məxsus qeyri-adi varlıqlar olduğunu deyirdilər.
2022-ci ildə Türkmənistan yenidən krateri söndürmək üçün yollar aramağa başlayıb. Amma “cəhənnəm “məğlub olmaq istəmir. O öz alov dilləri ilə axirəti insanların yadına salır.

