Azərbaycanda dəhşət – Şəhid qardaşının arvadını öldürdü
Xızıda qadın öz qaynı tərəfindən qətlə yetirilib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan qafqazinfoya bildirilib ki, hadisə bu gün saat 17:00 radələrində rayonun Giləzi qəsəbəsində baş verib.
Belə ki, qəsəbə sakini Ləman Qurbanovanın ailə münaqişəsi zəminində qaynı Taleh Qurbanov tərəfindən boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub.
Ətraflı
Dərhal hadisə yerinə polis əməkdaşları gedib. T.Qurbanov polis tərəfindən saxlanılıb.
Əldə etdiyimiz məlumata görə, Ləman Qurbanovanın həyat yoldaşı şəhid olub.

