Dünya 

Valeri Mitskeviç Milli Məclisin xüsusi iclasında iştirak edəcək

Belarus Nümayəndələr Palatasının həmsədr müavini Valeri Mitskeviç mayın 16-da Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisin xüsusi iclasında iştirak edəcək.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə BelTA xəbər agentliyinə Nümayəndələr Palatasının mətbuat xidmətindən məlumat verilib.

Valeri Mitskeviç Milli Məclisin xüsusi iclasında salamlama nitqi ilə çıxış edəcəyi, həmçinin Milli Məclisin sədri Sahibə Qafarova ilə görüş keçirəcəyi planlaşdırılır.

Daha çox xəbərlər