Hadisə 

Bakıda KIA və “Volkswagen” toqquşdu: Xəsarət alan var – FOTO

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi olub.

APA xəbər verir ki, qəza Nəriman Nərimanov prospektində qeydə alınıb.

KIA və “Volkswagen” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində nəqliyyat vasitələrinə ziyan dəyib. Hadisədə bir nəfər xəsarət alıb.

Fakt araşdırılır.

 

Daha çox xəbərlər