Hadisə 

Şabranda tüfənglə çoban itini vuran şəxs saxlanıldı

Şabranda tüfənglə çoban itini vuran şəxs saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinə rayonun Malyan otlaq sahəsində fermaya məxsus bir baş çoban itinin tüfənglə vurulması barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən rayon sakini saxlanılıb.

Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.

Daha çox xəbərlər