Siyasət 

Ceyhun Bayramovun Sergey Lavrovla təbətək görüşü bitdi, geniştərkibli görüş keçirilir – YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov arasında ikitərəfli görüş başa çatıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Hazırda tərəflər arasında nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilir.

12:07

Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında ikitərəfli görüş keçirilir.

Daha sonra Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla da görüş keçirəcək, ardınca isə üçtərəfli danışıqlar baş tutacaq.

Nazirlər Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi üzrə müzakirələr aparacaqlar.

Daha çox xəbərlər