İnəklər polisə cinayətkarı tutmaqda kömək etdi
ABŞ-da inəklər polis əməkdaşlarını qaçan şübhəlinin yanına apararaq cinayətin açılmasına kömək ediblər.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə CBS məlumat yayıb.
Hadisə Şimali Karolinada baş verib.
34 yaşlı Coşua Minton avtomobili ilə polisdən qaçıb.
Yaxalandıqdan sonra Minton qaçmaqda və avtomobillə həbsdən yayınmaqda, ləğv edilmiş vəsiqə ilə avtomobil idarə etməkdə və asayişi pozmaqda ittiham edildi.
Polis heyvanlara köməyə görə minnətdarlığını bildirib.

