Fransada gecə klubunda atışma olub, ölənlər var

Fransada gecə klubunda atışma olub, ölənlər var

Fransanın Marsel şəhərində gecə klubunun qarşısında baş verən atışmada azı üç nəfər ölüb.

Belə ki, naməlum şəxs avtomobildən 5 nəfərin olduğu dayanacağa “Kalaşnikov” avtomatından atəş açıb. Üç nəfər ölüb, digər ikisinin vəziyyəti isə açıqlanmır.

Hadisədən bir müddət sonra atəş açılan avtomobil yanmış halda tapılıb.

Mənbə: BFM telekanalı