Dünya 

Florida ştatının qubernatoru ABŞ prezidentliyinə namizəd olacaq

ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis 2024-cü ildə ABŞ prezidentliyinə namizəd olduğunu rəsmən elan edib.

“Mən Amerikanın möhtəşəm geri dönüşünü idarə etmək üçün prezidentliyə namizədliyimi irəli sürürəm”, – deyə o, “Twitter”də bildirib.

O, gələn noyabrda ABŞ-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün sənədləri təqdim edib. Müvafiq məlumat ABŞ Federal Seçki Komissiyasının saytında dərc olunub.

NBC-nin aprel sorğusuna əsasən, respublikaçı seçicilərin azı 31%-i ilkin seçkilərdə Desantisi dəstəkləyəcək. Eyni zamanda, 46% Trampın qarşıdan gələn seçkilərdə ən yüksək dövlət postuna namizəd kimi irəli sürülməsinin tərəfdarı olub.

Daha çox xəbərlər