Zelenski İrana qəzəbləndi: “Şahid” PUA-larının əksəriyyətini vururuq
Ümumilikdə Ukraynaya qarşı təxminən 1160 “Şahid” PUA-sından istifadə edilib. Biz əksəriyyətini vururuq.
ARANTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezidenti Vladimir Zelenski çıxış edib.
Zelenski birbaşa İran xalqına – cəmiyyətə, dini rəhbərə, hər bir iranlı ailəyə və İranda hökumət qərarlarına təsir edə bilən insanlara müraciət edib:
“Sadə bir sual: siz niyə Rusiya terrorunun şəriki olmalısınız? Niyə şər dövlətin tərəfindəsiniz? Dünya baş verənləri görür və siz hamınız İranda görürsünüz. Şərə dəstəyi inkar etmək mümkün deyil”.
O qeyd edib ki, ukraynalılar bu ölkənin Rusiyaya ötürdüyü İran kamikadze pilotsuz təyyarələrinin əksəriyyətini vurmağı öyrənsələr də, hələ də zərbələr var.