“Xahiş edirəm, dişimi qaytarsınlar” – Keçmiş məhkum şikayətçidir – VİDEO
Mart ayında azadlığa çıxan keçmiş məhkum Oruc Hüseynov dişlərinin oğurlanmasından şikayətçidir.
ARANTV.AZ xəbər verir ki, o, 4 minlik dişlərinin itdiyini bildirib.
“2022-ci il 20 sentyabrda mənə 6 ay hökm oxundu. Şəki həbsxanasına getdim. Mənim dişlərim qapaqdan keçmə idi. Elə oldu ki, yanvarda Kürdəxanıya köçürüldüm. Onda da dişlərimi, dərmanlarımı özümlə gətirmişdim. Kürdəxanıda əlimdən aldılar. Dedilər, çıxanda verəcəyik. Martın 19-u müddət bitib, birliyə qayıdanda dedilər ki, bilmirik dişlərini, dərmanlarını hara qoymuşuq.
Mən dişimi istəyirəm. 4 minlik diş idi. Artıq bir şey istəmirəm ki…”