Təhsil 

Emin Əmrullayev ODTÜ-nün məzunu ilə görüşüb – FOTO

“Bu gün İsmayıllı rayonunda keçirilən vətəndaşların qəbulu zamanı Lahıc qəsəbə tam orta məktəbinin məzunu, 2017-ci ildə keçirilən qəbul imtahanlarında 700 bal toplayaraq Prezident təqaüdçüsü adını qazanan Vahab Cəbrayılovla görüşdüm”.

Bu barədə təhsil və elm naziri Emin Əmrullayev öz “Facebook” səhifəsində paylaşım edib.

O bildirib ki, Vahab bu il Türkiyənin Orta Şərq Texniki Universitetindən (ODTÜ) kompüter mühəndisliyi ixtisası üzrə məzun olub.

“Ona ABŞ-nin Kolumbiya Universitetində eyni ixtisasla əlaqədar doktorantura təhsili almaq və professor köməkçisi kimi çalışmaq təklif olunub.

Vahab kimi gənclərimizlə görüşmək məni çox qürurlandırır. Tələbəmizi təbrik edir, ona gələcək təhsilində yeni nailiyyətlər arzulayıram”, – deyə, nazir qeyd edib.

Daha çox xəbərlər