Gündəm 

Nərimanov rayon MKS-nin Mərkəzi Kitabxanasında “Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!” adlı tədbir keçirildi-FOTO

Nərimanov rayon MKS-nin Mərkəzi Kitabxanasında Azərbaycan Xalq
Cümhuriyyətinin yaranmasının 105 illiyi ilə əlaqədar olaraq “Yaşa, yaşa, çox yaşa, ey şanlı
Azərbaycan!” adlı tədbir keçirildi.
6 may 2023-cü il tarixində Nərimanov rayon MKS-nin Mərkəzi Kitabxanasında Milli
istiqlal tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105 illiyi
ilə əlaqədar olaraq “Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!” adlı tədbir keçirildi.
Tədbirdə AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə
doktoru, dosent Sübhan Talıblı, vətənpərvər şair Dilqəm Təmraz, 45 saylı tam orta məktəbin və
200 saylı məktəb-lisey kompleksinin şagirdləri iştirak etdilər.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbiri giriş sözü ilə açan Nərimanov rayon MKS-nin əməkdaşı Təranə Məmmədova
tariximizin ən şanlı və parlaq səhifələrindən olan 28 May Müstəqillik Günü haqqında ətraflı
məlumat verdi. O bildirdi ki, Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə Azərbaycan
dövlətçiliyi tarixində dərin iz qoyub. 1918-ci il mayın 28də Azərbaycan müstəqilliyini elan etdi.
Beləliklə, Azərbaycan türk dünyasında və müsəlman şərqində ilk Xalq Cümhuriyyətini quraraq
adını tarixə yazdırdı. Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin
varisidir. Bu həm də o deməkdir ki, Şərqdə demokratiyanın əsası Azərbaycan xalqı tərəfindən
qoyulmuşdur.
Daha sonra çıxış edən AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə
fəlsəfə doktoru, dosent Sübhan Talıblı “Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan
dövlətçilik tarixində yeri” mövzusunda ətraflı məruzə etdi.
Tədbir zamanı müstəqil respublikanın yaranmasında xüsusi xidmətləri olmuş dahi
şəxsiyyətlərimiz haqqında videoçarx nümayiş etdirildi, 45 saylı tam orta məktəbin və 200 saylı
məktəb-lisey kompleksinin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər.
Sonda vətənpərvər şair Dilqəm Təmraz “Azərbaycan” şerini səsləndirildi və qeyd etdi ki,
müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq
miqyasda söz sahibi olan bir ölkə kimi tanınması, Azərbaycan Prezidentinin rəhbərliyi ilə
müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, müdrik siyasət, qazanılmış uğurlar
əminliklə söyləməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədidir.

Daha çox xəbərlər