Oğlunun dəfnində iştirak üçün həbsdən buraxıldı
Həbsdə olan Müsəlman Birliyi Hərəkatının üzvü Mahir Əzimov oğlunun dəfn mərasimində iştirak üçün həbsdən buraxılıb.
Bu barədə qafqazinfo-ya onun vəkili Zibeydə Sadıqova məlumat verib.
Vəkil deyib ki, Mahir Əzimov bir az əvvəl 3 günlük azadlığa buraxılıb.
M. Əzimov bir müddət əvvəl qanunsuz narkotik dövriyyəsində ittiham olunaraq həbs olunub. O, Bakı İstintaq Təcridxanasında saxlanılır.

