Şou biznes 

Canlı yayımda Leylanın başına iş gəldi: “Gözümü yumub paltarı göstərdim”

Dəqiq il yadımda deyil, ya 2006-cı il idi ya 2007-ci il. O vaxt İctimai TV Novruz bayramı ərəfəsində hər həftə çərşənbə axşamları canlı yayıma çıxırdı. Mən də Saleh Bağırovla birlikdə o şadyanalığın aparıcılığını edirdik. Təbii ki, milli geyimdə. Milli geyimə məsələsinə çatanda başımız alovlu bir ünvana – Gülnarə Xəlilovanın milli geyim evinə qaçırdıq, elə indi də qaçırıq. O da açırdı bütün taxça-boğçaları, asılqanları və bizi-bəzəyib düzəyirdi. Həmin çərşənbələrdən birində mən xüsusi canfəşanlıq edib bayram tonqalına çox yaxın getmişdim. Bəəh-bəəh! Alov ola, qığılcım ola və ipək, orqanza parça ola, paltarın ətəyi bütüüün “güllə-baran” olmuşdu.

ARANTV.AZ xəbər verir ki, bu sözləri tanınmış aparıcı Leyla Quliyeva instaqramda modelyer Gülnarə Xəlilova haqqında danışarkən qeyd edib. Gülnarə Xəlilovanın doğum gününü sosial media üzərindən təbrik edən aparıcı onunla xatirələrini bölüşüb:

“Bilmirdim bu qara xəbəri Gülya xanıma necə deyim. Xülasə, yaralı paltarı götürdüm gəldim və gözümü yumub, qulaqlarımı tutub paltarı göstərdim… Və.. Təmkininə heyran olduğum Xanım! “Canın sağ olsun! Ocağın içində nə işin var idi?” – dedi. Sonunda Kanal rəhbərliyi (Allah İsmayıl Ömərova can sağlığı versin) dəymiş zərərin maddi dəyərini ödədi. O da ki, Gülya xanımın istəyi ilə yox, öz təşəbbüsümüzlə… Bu, sadəcə bir keys idi. Üzərindən illər keçib. Və O, yenə də qapısını üzümüzə taybatay açan “Təcili yardım” Dostdur! Tələbkar, özgüvənli, iddialı və sadiq! Əziz Dostluqdan, böyüklükdən əskik olmayın! Əziyyət və istedadınızın bəhrəsini görəsiniz! Doğum gününüz mübarək!”, – aparıcı yekunda vurğulayıb.Publika.az

 

 

Daha çox xəbərlər