Siyasət 

İstanbulda Ərdoğan və Stoltenberq arasında görüş baş tutub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, görüş Dolmabağça sarayında mətbuata qapalı formatda keçirilib. Görüş təxminən 1 saat davam edib.

Görüşdə Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan, yeni milli müdafiə naziri Yaşar Gülər, R.T.Ərdoğanın mətbuat katibi İbrahim Kalın, həmçinin Şimali Atlantika Alyansının nümayəndələri iştirak ediblər.

Daha çox xəbərlər