İranda fizika sahəsində böyük kəşf edən tələbə qız intihar edib, yoxsa oldürülüb? – FOTO
“Universitet heç bir sübut olmadan Zəhra Cəlilianın ölüm səbəbini intihar adlandırır”.
Tehran Universitetinin əlaçı tələbəsi Zəhra Cəlilianın şübhəli ölümündən 7 ay sonra və ümumölkə etirazları ilə eyni vaxtda onun ailəsi və vəkili bununla bağlı “Etimad” qəzetinə danışıblar.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Bildirilib ki, binada 13 müşahidə kamerası olduğu halda mühafizə xidməti heç bir kamera görüntüsü təqdim etməyib.
“Fizika üzrə Nobel mükafatına layiq bir kəşf etmişəm. Qorxuram ki, kimsə xəbər tuta, zorla əlimdən ala, ya da mənə pislik edə bilərlər”, – deyə Tehran Universitetinin elektrik mühəndisliyi üzrə doktorantı Zəhra Cəlilian qəzaya düşməsindən iki gün öncə söyləyib.
32 yaşlı Zəhranın intihar xəbəri 2022-ci il dekabrın 12-də açıqlanıb. Tehran Universiteti rəhbərliyi bu xoşagəlməz hadisəni qısa vaxtda mediaya çıxarıb.
Zəhranın ailəsi və patoloji anatomiya şöbəsinin həkimləri isə onun intihar etmədiyini bildiriblər.