Baş nazirdən sahibkarlarla bağlı qərar
İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası təsdiq edilib.
ARANTV.AZ xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərarın qəbul ilə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün əlverişli şərait yaradılacaq, həmin ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsinə təkan veriləcək.

