Uroloqdan kişilərə MƏSLƏHƏT: Sağlam qalmaq üçün oturub sidiyə gedin
Kişilərin sağlamlığı üçün oturaq vəziyyətdə kiçik ehtiyacı aradan qaldırmaq daha faydalıdır.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bunu uroloq Cerald Kollinz deyib.
Mütəxəssis izah edib ki, ayaq üstə vəziyyətdə çanaq və arxa əzələlər gərginləşir və sidik kisəsinin tam boşalmasına mane olur. Eyni zamanda, oturma vəziyyətində əzələlər rahatlaşır və sidik ifrazı yaxşılaşır.
“Sidik kisəsini tam boşaltmasanız, böyrək daşı və böyrək infeksiyası kimi ciddi fəsadlar yarana bilər”, – həkim xəbərdarlıq edib.

