Gündəm 

“METAK” yenidən nüfuzlu beynəlxalq mükafatın qalibi oldu – FOTO

“Deloitte” audit şirkətinin təşkilatçılığı ilə artıq ikinci dəfədir ölkəmizdə keçirilən beynəlxalq nüfuzlu “Best Managed Companies Azerbaijan 2023” müsabiqəsi başa çatıb. “METAK” şirkəti bu il də “Azerbaijan Best Managed Companies 2023” müsabiqəsinin qalibi seçilib.

Bu layihənin əsas meyarları olan “Strategiyanın uyğunlaşdırılması və həyata keçirilməsi”, “İnsan kapitalının inkişafı”, “İnsan kapitalının cəlb edilməsi, liderlik” və “Maliyyə idarə edilməsi” prinsiplərinə əsasən “METAK” şirkətinin fəaliyyətində ən yüksək səviyyədə təşkil edildiyini qeyd edib. Biznes aləmində nüfuzlu və müstəqil şəxslər  tərəfindən təyin olunan münsiflər heyəti şirkətlərin ümumi biznes nəticələrini, korporativ sosial məsuliyyət strategiyalarını və biznesə dayanıqlı inkişafını qiymətləndiriblər.

Əlavə olaraq qeyd edə bilərik ki, “METAK” şirkəti 1993-cü ildən 37 ölkədə uğurla keçirilən “Best Managed Companies” layihəsini artıq ikinci dəfədir qazanır. Bu layihə ölkəmizdə şirkətlərin fəaliyyətini müxtəlif prizmadan nəzərdən keçirən və onları qiymətləndirən yeganə müsabiqədir.

 

Daha çox xəbərlər