Qazaxıstan Prezidenti fövqəladə hallar nazirini işdən çıxardı
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev fövqəladə hallar naziri Yuri İlinin vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, Qazaxıstan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, nazirin işdən çıxarılması respublikanın şərqində davam edən böyük meşə yanğını fonunda baş verib. Yanğın 60 min hektar sahəyə yayılıb.
Kasım-Jomart Tokayev Vyetnama iyunun 11-13-nə planlaşdırılan səfərini təxirə salıb. Dövlət başçısının operativ müşavirə keçirmək və təbii fəlakətdən zərər çəkmiş vətəndaşlara yardım məqsədilə tədbirlər görmək üçün bölgəyə gedəcəyi bildirilir.

