Hadisə 

Bakıda avtomobil beton maneəyə çırpıldlı: Xəsarət alan var – VİDEO

Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi olub.

APA xəbər verir ki, qəza Pirşağı avtomobil körpüsündə qeydə alınıb.

Belə ki, idarəetməni itirən “Tofaş” markalı avtomobilin sürücüsü minik vasitəsini beton maneyə çırpıb. Nəticədə sürücü yüngül xəsarət alıb.

Əraziyə DYP əməkdaşları cəlb ediliblər. Avtomobil cərimə meydançasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər