Gündəm 

HƏYATINI ELMƏ HƏSR ETMİŞ ALİM

1958-ci ildəİmişlirayonunun Soltanmuradlı kəndində anadan olmuş Mustafayev Mustafa Qılman oğlu 1981-ci ildə  Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun hidromeliorasiya fakültəsini bitirmişdir. Hal-hazırda AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda çalışır.1984-cü ildə Azərbaycan AMEA “Bilik” cəmiyyətinin nəzdində yaradılmış  “Gənc natiqlik” məktəbinin ictimai-siyasi fakültəsinə daxil olan Mustafayev M.Q.  1986-cı ildəoranımüvəffəqiyyətləbitirmişdir.

Azərbaycanındüzəntorpaqlarıüçün xarakterik olan şoranlaşma prosesini tədqiq etmiş, 1992-ci ildə AMEA-nin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “Şimali Muğanda meliorasiya olunmuş torpaqda duzların dərinliyədoğruyayılmaqanunauyğunluqları” mövzusun-da  namizədlikdissertasiyaişinimüdafiəetmişdir.

O, 1990-1995-ci ildə Suraxanı Rayon Sovetinindeputatı olmuşdur.Mustafayev  Mustafa  Qılman  oğlu1995-ci ildənYeni  Azərbaycan  Partiya-sının  üzvüdür.25 ildənçoxdurki, seçkilər prosesinin aktiv fəal üzvüdür və hazırda 31 saylı Suraxanı 2-ci Seçki Dairə Komissiyasının 23 saylı Məntəqə seçki komissiyasının sədridir.

2007-2009 cu illərdə “Muğan-Salyanmassivindətorpaqtədqiqatla-rı” aparmaqməqsədilətəşkiledilmiş ekspedisiyanın rəhbəri olmuşdur.2010-2012 ci ildə isə “Şirvan düzündə torpaq tədqiqatları” aparmaq üçün təşkil olunmuş ekspedisiyaya rəhbərlik etmişdir. Bütün bu işlərin yekunu olaraq,  2017-ci ildə“Muğan-Salyan massivində torpaqların müasir vəziyyəti və onun yaxşılaşdırılmasının el mi əsasları” mövzusunda « Torpaqşünaslıq» ixtisası üzrə doktorluq dissertasiya işini müdafiə etmişdir.

AzərbayçanRespublikasınınPrezidentiYanındaElminİnkişa-fı Fondu tərəfindənqrantlarınverilməsiüzrə 2010-cu ilin 1-ci müsabiqəsinin qalibi olmuş “Sel suları altında qalmış ərazilərdə torpaq münbitliyinin bərpası” layihəsinin (15.03.2011–ci il tarixli EİF-2010-1 (1)-40/20)və “İrriqasiya sistemləri üçün yeni universal ehtimal statistik model və metodların yaradılması və Azərbaycan torpaqlarında meliorativ proseslərin optimallaşdırılmasında istifadəsi” (01.04.2017-01.04.2018 tarixli EİF-KETPL-2015-1(25)-56/13/1-M-28 ) layihəsininəsasicraçıların-dan biriolmuşvə həmin ərazidə torpaqların yaxşılaşdırılması məqsədilə nəşr edilmiş 1 kitab və 1 tövsiyyənin həmmüəllifidir.

          Həmçinin, Qazaxstan alimləri ilə birlikdə «Влияние биопрепаратов на экологическое состояние плодородия темно-каштановых почв  и на урожайность и качество  овощных культур в условиях  юго-востока  Казахстана» mövzusunda qrant layihəsinin iştirakçılarından biridir (№AP08957180, 01.10.2020- 30.09.2021 гг.).

12 fəlsəfə  və 1 elmlər doktorluqdissertasiyasınaopponentliketmişdirMustafayev M.Q. ümumilikdə2 monoqrafiya (tək), 1 dərs vəsaiti və 3 monoqrafiya ( Rusiya və digər ölkələrin alimləri ilə birlikdə), 4 kitab, bir tövsiyyənin (respublikada həmmüəlliflə), 1 buklet (həmmüəlliflə) ,150  məqalənin müəllifidir. Onlardan 80–i xaricdə müxtəlif  nüfuzlujurnallardanəşredilmişdir.

Muğan-Salyanmassivinintorpaqlarınınmüasir vəziyyəti kompleks tədqiqatlarla müəyyənləşdirilmiş və ilk dəfə olaraq 1:200000 miqyasında tərtib olunmuş  torpaqların duzluluq və deqradasiya xəritələrinin müəllifidir. Alimin tədqiqatları əsasında suvarılan torpaqlarda su-duz balansı,  su-duz rejimi, onların proqnozunun verilməsi, duzların miqdarı və tipinin kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına təsirininriyaziasıllığıverilmişdir.Mustafayev M.Q. 2014-cü ildə  AvropaNəşr Mətbuatı  tərəfindən ilin ən yaxşı vətənpərvər tədqiqatçı alimi QIZIL MEDALI və Diplomuna layiqgörülmüşdür.O, elmi-təşkilatçılıqfəaliyyətinəgörə 2015-ci ildə AMEA-nınAqrarBölməsininFəxriFərmanı2018-ci ildəisə AMEA-nınBiologiyavəTibbBölməsininFəxriFərmanı ilətəltifedilmişdir. Mustafyev M.Q. uzunmüddətli tədqiqatlarına əsaslanaraq, Rusiya alimləri ilə birlikdə -«Azərbaycanın mərkəzi hissəsində şorlaşmış boz–çəmən torpaqların istfadəsi yolları » (№ 2016118894, Способ освоения засоленных сероземно-луговых земель центральной части Азербайджана, 2017) mövzusunda Beynəlxalq Patent  əldə etmişdir. Hal-hazırda bu patentdən Respublikada və Rusiyadagenişistifadəedilir.O, Qazaxstan Respublikasındanəşrolunan«Почвоводение и Агрохимия »,Rusiyada nəşr olunan «Экология и строительства»,«Мелиорация и Гидротехника)»,«Природные системы и ресурсы» və  «Агрохимический вестник»,Ukraynada nəşr olunan «Environmental safety and natural  resources» jurnallarının redaksiya heyətinin və redaksiya şurasının üzvüdür.

Mustafayev M.Q. Qazaxstan Respublikası, Korkıt Ata adına Qızıl Orda Dövlət Universitetində doktorluq dissertasiyası üzrə müdafiə şurasının üzvü və həmin Universitetdə 3 doktorantın elmi məsləhətçisidir. Ümumilikdə 5 doktoranta rəhbərlikedir.

O, 2019-2020 ci ildəRespublika Elmi-Tədqiqatların Əlaqələndirilməsi Şurasının nəzdində «Aqresenozlar və ekosistemlərin mühafizəsi» üzrə ElmiŞuranınsədriolmuşdur.Hal hazırdaRespublika Elmi-TədqiqatlarınƏlaqələndirilməsi Şurasının nəzdində «Biologiya, aqrar və tibb  elmləri üzrə» problem  Şurasınınsədrmüavinidir.O, 2018-ci ildəRusiyaTəbiətşünaslıqAkademiyasınınmüxbir  üzvü və  2020- ci ildə isəhəqiqiüzvüseçilmişdir.2020-ci ilinoktyabrayındaBelarusiya Dövlət Kənd Təsərrüfatı Akademiyasının «Fəxri Doktoru» elmiadınalayiqgörülmüşdür. Mustafayev M.Q2020-ci ildə”İlhamlıAzərbaycan” Layihəsinin qaliblərindən olmuş və «İlhamlı Azərbaycan » döş nişanı ( medalı) ilə təltif edilmişdir.

Mustafyev M.Q. BeynəlxalqTorpaqşünaslar İttifaqının və  B.B.Doku-çayev adına RusiyaTorpaqşünaslarCəmiyyətininüzvüdür, 2021-2023 ci illərdəAvrasiyaTorpaqşünaslarCəmiyyətləriFedarasiyasınınvitse-prezidentidir. 2011– ci ildən Torpaqlarınmeliorasiyasılaboratoriyasınınrəhbəridir.İkiövladı 5 nəvəsi var.

 

Fərid Mustafayev

YAP Yasamal rayon AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrəərazi partiya təşkilatının sədr müavini

 

Daha çox xəbərlər