Gündəm 

Bu gün tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür

Düz 30 il əvvəl – Azərbaycan xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçilib. Bununla da Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtulub.

Artıq üçüncü ildir ki, xalqımızın taleyini dəyişən Milli Qurtuluş Gününü daha yüksək əhval-ruhiyə və coşqu ilə qeyd edirik. Bu gün – ərazi bütövlüyünü bərpa edən, azad Qarabağda üçrəngli bayrağını ucaldan, milli qurtuluşdan işğal altındakı torpaqlarımızın azadlığına qədər şərəfli yol keçən müstəqil Azərbaycan dövləti daha qüdrətli, Azərbaycan vətəndaşı daha qürurludur.

Bu əlamətdar gün münasibətilə hər birinizi təbrik edirik!

Yaşasın Azərbaycan!

Daha çox xəbərlər