Kürün sahilində ayağında elektron qolbaq olan meyit tapıldı
Salyanda Kür çayının sahilindən meyit tapılıb.
“Qafqazinfo” xəbər verir ki, meyiti tapılan şəxsin rayonun Yenikənd sakini Cəmaləddin Həsənov olduğu müəyyən edilib.
60 yaşlı C.Həsənovun şərti məhkum edildiyi, ayağında elektron qolbaq daşıdığı məlum olub.
Onun üzərində hər hansı xəsarət izi aşkarlanmayıb.
Faktla bağlı araşdırma aparılır.

