Tezliklə Bakı metrosunda yeni ödəniş sistemi tətbiq olunacaq
Tezliklə metronun iki stansiyasında ödənişləri QR kod vasitəsilə etmək mümkün olacaq.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu bu gün “K Group” MMC-nin (“BakiKart”ın operatoru) direktoru Orxan Bayramov avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiqin təqdimatı ilə bağlı keçirilən tədbirdə bildirib.

