Paytaxtın hansı küçələrində sıxlıq var? – SİYAHI
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Mərkəzdən bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında:
1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
3. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

