Hadisə 

Bakıda çayxanada kütləvi dava: Bıçaqlananlar var

Bakının Nəsimi rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə metronun “Memar Əcəmi” stansiyası yaxınlığında baş verib.

Belə ki, çayxanada müştərilər arasında dava düşüb.

Hadisə zamanı 1993-cü il təvəllüdlü Quliyev Cavid Vahid oğlu və 1991-ci il təvəllüdlü Ağayev Kamil İsmayıl oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Daha çox xəbərlər