“McDonald’s”da aparılan LGBT təbliğatı əxlaqsızlıqdır – İrakli Qaribaşvili
Gürcüstandakı “McDonald’s” restoranlarında aparılan LGBT təbliğatı əxlaqsız və qəbuledilməzdir.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib.
Qeyd edək ki, bir neçə gün öncə Gürcüstandakı “McDonald’s” restoranlarının uşaqlar üçün nəzərdə tutulmuş “Happy meal” menyusuna britaniyalı müğənni Elton Conun həyatı ilə bağlı kitabça əlavə edilib. Kitabçada öz həmcinsi ilə evlənmiş Elton Conun iki uşağı ilə birlikdə arzuladığı həyatı yaşadığı qeyd olunub. “McDonalds Georgia” şirkəti kitabça ilə bağlı əvvəlcə üzrxahlıq bəyanatı yayaraq ictimaiyyətdən üzr istəyib. Lakin bəyanat qısa müddət sonra şirkətin sosial şəbəkə hesabından silinib.

