Bayramla əlaqədar bütün hotellər bron edilib – VİDEO
Bayramla əlaqədar olaraq artıq turizm bölgələrində hotellərdə yerlərin 80-90 faizi artıq bron edilib.
ARANTV.AZ Xəzər TV-yə istinadən bildirir ki, tələbatın çox olması qiymətlərə də təsir edib.
Hotellərdə qalmaq istəməyənlər isə fərdi evlərə üz tutur. Ev sahibləri isə mənzillərini şəraitinə uyğun fərqli qiymətlərə təklif edirlər.
Hətta ölkə daxili turlarla bərabər xaricə də üz tutanlar kifayət qədərdir.Elə talabatın çox olması aviabiletlərin qiymətinə də təsirsiz ötüşməyib.

