Gündəm 

Xəzər rayonunda aparılan qanunsuz tikintilərin qarşısı alındı – VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən ARANTV.AZ-a verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin Sovxoz adlanan ərazisində iki, Ş.İ.Xətai küçəsində isə bir qeyri-yaşayış obyektində aidiyyəti qurumlar tərəfindən təsdiq edilmiş layihədən kənara çıxılmaqla qeyri-qanuni tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində layihədənkənar inşa olunan qanunsuz tikililər sökülüb və obyektlər nəzarətə götürülüb.

 

Daha çox xəbərlər