Gündəm 

Mərkəzi Bankın sədri: “Əsas – pulun bərəkəti olsun, imzanın önəmi yoxdur”

“Mərkəzi Bankın sədrinin pul nişanları üzərində imzasının nə zamandan olacağı məsələsi qaldırılmışdı”.

 

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

AMB sədri bildirib ki, kifayət qədər çap olunmuş ehtiyat var:

“Ona görə dövlət vəsaitinin qənaətinə görə imza məsələsində tələsmirik. Əsas – pulun bərəkətli olmasıdır. Amma bir manatlıq nominallar tez köhnəldiyinə görə sentyabr ayında yeni imza ilə tədavülə buraxılacaq”.

Daha çox xəbərlər