Hadisə 

Şabranda 10 yaşlı uşağı avtomobil vurub

Şabran rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 2013-cü il təvəllüdlü Gülay Ramin qızı Heydərovanı vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Daha çox xəbərlər