Hadisə 

Bakıda taksi 5 yaşlı uşağı vurub öldürdü

Bakıda yol qəzası baş verib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu, Balaxanı-Binəqədi şosesində qeydə alınıb.

Belə ki, taksi fəaliyyəti ilə məşğul olan Qocayev Tərxan Elşən oğlu idarə etdiyi “Opel Astra” markalı avtomobillə yolun hərəkət istiqamətində qaçmış piyada 5 yaşlı İsmayılova Nurcan Hümbət qızını vurub. Xəsarət alan şəxs hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu RPİ-də araşdırılma aparılır.

Daha çox xəbərlər