Qurban kəsilən ölkələrdə qoyunların qiymət fərqi: Azərbaycan neçənci yerdədir?
Qurban kəsilən bəzi ölkələrdə ən ucuz qoyun Azərbaycandadır.
ARANTV.AZ oxu.az-a istinadən bildirir ki, bu barədə bayram ərəfəsində müxtəlif ölkələrdə heyvanların qiyməti ilə bağlı hazırlanan infoqrafikadan məlum olub.
Tacikistan 150 – 175 dollarla (255 – 297 manat) ikinci, Qazaxıstan 156 – 170 dollarla (256 – 289 manat) üçüncü yerdə qərarlaşıb.
Bundan sonra siyahını Qırğızıstan (172 – 183 dollar / 292 – 311 manat), Özbəkistan (250 – 280 dollar / 425 – 476 manat), Türkiyə (253 – 270 dollar / 430 – 459 manat) və Türkmənistan (300 – 320 dollar / 510 – 544 manat) davam etdirir.


