Bakıda velosiped zolağının üzərinə işıqfor qoydular – VİDEO
Buzovna-Mərdəkan yolunun kənarında velosipedçilərin rahat və təhlükəsiz hərəkəti üçün xüsusi zolaq salınıb.
Amma həmin zolaqlardan birinin üzərində işıqforun olması hərəkəti çətinləşdirir.
Arantv.az xezerxeber.az-a istinadən bildirir ki, söhbət Buzovna -Mərdəkan yolunun kənarında salınan və uzunluğu 8.2 km olan velosiped yolundan gedir.
”İşıqforun yerinin dəyişdirilməsi üçün aidiyyəti quruma artıq müraciət edilib. Bayram tətili bitdikdən sonra işqıfor oradan götürüləcək”, – deyə qurumdan əlavə edilib.

