Gəncədə keçmiş icra hakimiyyətinin binasındakı yanğın söndürüldü – YENİLƏNİB + FOTO
Gəncə şəhərinin keçmiş icra hakimiyyəti binasında yanğın hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, binanın Nizami bələdiyyəsinin yerləşdiyi dördüncü mərtəbəsində elektrik xətlərində qısaqapanma baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
Yanğın söndürülüb. Xəsarət alan yoxdur. Faktla bağlı araşdırmalar aparılır.
09:56
Gəncədə yanğın hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Sözügedən ərazidə Nizami Rayon İcra Hakimiyyətinin binasında anidən yanğın olub.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.