Göyçayda avtomobilin vurduğu qadın 15 gün sonra ölüb

Göyçayda avtomobilin vurduğu qadın 15 gün sonra ölüb

Göyçayda avtomobilin vurduğu 72 yaşlı qadın 15 gün sonra ölüb.

APA xəbər verir ki, iyulun 2-də rayon sakini, Sahib Əhmədov idarə etdiyi VAZ-2106 markalı avtomobil ilə Göyçay şəhəri Nizami küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1951-ci il təvəllüdlü Səfayə Abışovanı vurub.

Xəstəxanaya yerləşdirilən qadın ötən gün ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.