Şuşada Azərbaycan-Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının iclası keçirilib – FOTO
Şuşada Azərbaycan-Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının 12-ci iclası keçirilib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.
“Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratovla Azərbaycan-Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının Şuşada keçirilən 12-ci iclasına həmsədrlik etdik. Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrin şaxələndirilməsi, sənaye, energetika, kənd təsərrüfatı sahəsində əməkdaşlığın və qarşılıqlı investisiyaların təşviqi istiqamətində həyata keçirilən tədbirləri dəyərləndirdik”, – M.Cabbarov qeyd edib.

