Azərbaycanda məişət zorakılığı ilə bağlı müraciətlər artıb

Azərbaycanda məişət zorakılığı ilə bağlı müraciətlər artıb

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı müraciətlər ötən ilin birinci yarısı ilə müqayisədə 10% artıb”.

ARANTV.AZ xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qurumun 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.

“Vətəndaşların müraciətlərində üstünlük təşkil edən mövzular oldu. Müraciətlərin 350-si məhkəmə qərarlarının icrası, 225-si məişət zorakılığı, 129-u işlə təmin olunma , 123-ü müxtəlifyönümlü sosial müavinətlərin, yardımların, təqaüdlərin alınması, 91-i müayinə və müalicə olunmaqda köməklikdən ibarət idi”, – deyə B.Muradova bildirib.